Əsas Səhifə > Milli komandalar > Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb
Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıbBu gün, 19:29 |
![]() Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb. BrendSport.az xəbər verir ki, Ravşan Xocayevin baş məşqçisi olduğu komanda təlim-məşq toplanışını Çimkənddə davam etdirəcək. 13 boksçunun cəlb olunduğu hazırlıq iyunun 12-də başa çatacaq. Toplanışda əsasən texniki-taktiki məşqlərə üstünlük veriləcək. Hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılır. Qeyd edək ki, məşqlər Çində keçiriləcək Dünya kubokuna hazırlıq xarakteri daşıyır. Geri qayıt |