Əsas Səhifə > Milli komandalar > Bu gün minifutbol üzrə Avropa çempionatına start verilir

Bu gün minifutbol üzrə Avropa çempionatına start verilir


Bu gün, 14:52


Bu gün Slovakiyanın paytaxtı Bratislavada minifutbol üzrə Avropa çempionatına start veriləcək.

BrendSport.az
xəbər verir ki, Azərbaycan millisinin də mübarizə apardığı turnirin ilk günündə 9 oyun təşkil ediləcək.

Ən maraqlı görüşlərdən biri C qrupunda Türkiyə və Serbiya yığmaları arasında olacaq.

Azərbaycan millisi isə yarışa mayın 28-də start verəcək. Rəqib Avstriya seçməsidir.

Komandamızın F qrupundakı digər rəqibləri Fransa və İtaliya kollektivləridir.
Geri qayıt