Əsas Səhifə > Milli komandalar > Minifutbol millimizin Avro-2026 üçün yekun heyəti açıqlanıb

Minifutbol millimizin Avro-2026 üçün yekun heyəti açıqlanıb


Bu gün, 15:42


Azərbaycanın minifutbol üzrə milli komandası 27 may – 4 iyun tarixlərində Bratislava şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək.

BrendSport.az
xəbər verir ki, bununla əlaqədar olaraq bu gün Bakı Tennis Akademiyasının meydançasında milli komandanın media nümayəndələri üçün açıq məşqi təşkil olunub. Tədbirdə yığmanın baş məşqçisi Elşad Quliyev Avro-2026 üçün yekun heyəti açıqlayıb.

Təcrübəli mütəxəssis komandanın hazırlıq prosesi və qarşıdakı turnirdəki hədəflər barədə jurnalistlərə məlumat verib. Milli komandanın üzvləri Vəli Qafarov və Ramiz Çovdarov da Avropa çempionatı ilə bağlı fikirlərini bölüşərək komandanın turnirə tam hazır olduğunu bildiriblər.

Millinin heyəti:

Ağaseyid Qasımov, Vəli Qafarov, Rəvan Kərimov, Taleh Babayev, Xətai Bağırov, Kənan Mirzəliyev, Samir Həmzəyev, İsa Atayev, Elvin Əlizadə, Ruslan Ağalarov, Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov, Cəfər Cəfərov, Vüsal İsayev, Ruzigar İbrahimzadə, Mirmehdi Rzayev, Ramiz Çovdarov, Eşqin Tağıyev.










Geri qayıt