Əsas Səhifə > Milli komandalar > Azərbaycan karate tarixində bir ilk - Qadın idmançımız Avropa çempionu oldu

Azərbaycan karate tarixində bir ilk - Qadın idmançımız Avropa çempionu oldu


Bu gün, 21:16


Almaniyanın Frankfurt şəhərində keçirilən karate üzrə böyüklər arasında Avropa çempionatında Azərbaycan karateçisi Mədinə Sadıqova qadınların -55 kq çəki dərəcəsində qızıl medal qazanaraq Avropa çempionu olub.

BrendSport.az
xəbər verir ki, Sadıqova finalda türkiyəli İm Zümra Rezzanı məğlub edib - 9:6.

Bununla da Mədinə Sadıqova Azərbaycan karate tarixində böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçi kimi tarixə düşüb.
Geri qayıt