Əsas Səhifə > Milli komandalar > Azərbaycanı Avropa çempionatında 5 parakarateçi təmsil edəcək

Azərbaycanı Avropa çempionatında 5 parakarateçi təmsil edəcək


Bu gün, 13:07


Bu gün Almaniyanın Frankfurt şəhərində parakarate üzrə Avropa çempionatı start götürəcək.

BrendSport.az
xəbər verir ki, mayın 24-dək davam edəcək yarışda Azərbaycanın 5 idmançısı qüvvəsini sınayacaq.

Qitə çempionatında K30 kateqoriyası üzrə Vidadi Xalıqov və Eldar Əhmədov, K10 kateqoriyasında Fərrux Qaybaliyev və Aysel Əhmədli, K22 kateqoriyasında isə Ercan Aslan medal qazanmağa çalışacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası yarışa baş məşqçi Rənad Əliyevin rəhbərliyi altında çıxacaq.
Geri qayıt