Əsas Səhifə > Milli komandalar > Azərbaycanın iki yunan-Roma güləşçisi Avropa çempionu olub

Azərbaycanın iki yunan-Roma güləşçisi Avropa çempionu olub


Dünən, 23:32


Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-15 Avropa çempionatı davam edir.

BrendSport.az
xəbər verir ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 2 üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Hüseyn Əmrahlı (38 kiloqram) finalda estoniyalı Daniel Samuelə tam üstünlüklə (9:0) qalib gələrək Avropa çempionu olub.

Paşa Aslan (44 kiloqram) isə həlledici görüşdə ermənistanlı Paşa Xudoyanı 4:1 hesabı ilə üstələyərək qitənin ən güclüsü ünvanına sahib çıxıb.

Pünhan Şahmarov (48 kiloqram) bürünc medal görüşündə ermənistanlı Mihran Tatoyana (1:3), Sadiq Vəlizadə (57 kiloqram) isə üçüncülük mübarizəsində gürcüstanlı Giorgi Vaşakmadzeyə (4:8) məğlub olub.

Raul Məmmədzadə (62 kiloqram) təsəlliverici görüşdə estoniyalı Artemi Yeremeyevə tam üstünlüklə (10:0) qalib gəlsə də, ermənistanlı Aleks Gevorqyana 5:8 hesabı ilə məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Geri qayıt