Əsas Səhifə > Milli komandalar > Karate üzrə milli komandamızın üzvü finala yüksəlib
Karate üzrə milli komandamızın üzvü finala yüksəlibBu gün, 16:57 |
![]() Karate üzrə milli komandamızın üzvü finala yüksəlib. BrendSport.az xəbər verir ki, Almaniyanın Frankfurt şəhərində keçirilən karate üzrə böyüklər arasında Avropa çempionatında Azərbaycan idmançısı Mədinə Sadıqova uğurlu çıxışı ilə finala yüksəlib. AKF -in mətbuat xidməti xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan xanım karateçimiz yarımfinal görüşündə İtaliya təmsilçisi Viola Lalloya 8:4 hesabı ilə qalib gələrək həlledici mərhələyə vəsiqə qazanıb. Beləliklə, Mədinə Sadıqova Avropa çempionatının qızıl medalı uğrunda mübarizə aparacaq.  Geri qayıt |