Əsas Səhifə > Milli komandalar > Azərbaycanın stolüstü tennisçisi Ginnesin Rekordlar Kitabına düşüb
Azərbaycanın stolüstü tennisçisi Ginnesin Rekordlar Kitabına düşübBu gün, 20:45 |
![]() Stolüstü tennisçi Nihad Məmmədov adını Ginnesin Rekordlar Kitabına yazdırıb. BrendSport.az xəbər verir ki, bununla bağlı müvafiq qurumdan rəsmi təsdiq sənədi göndərilib. Xatırladaq ki, milli komandanın üzvü bu ilin aprel ayında “Şüa İdman Kompleksi”ndə təşkil olunan mərasimdə topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə cəhd göstərib. Gənclər və İdman Nazirliyinin, Stolüstü Tennis Federasiyasının rəsmilərinin və beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti ilə bu hərəkəti 18.20 metr məsafədən uğurla həyata keçirib. Qeyd edək ki, həmin rekord (17.50) son olaraq türkiyəli Osman Gürcüyə məxsus idi. Geri qayıt |