Əsas Səhifə > Milli komandalar > Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışlara Çində hazırlaşırlar
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışlara Çində hazırlaşırlarBu gün, 15:24 |
![]() Azərbaycanın stolüstü tennisçiləri qarşıdakı beynəlxalq yarışlara hazırlığı davam etdirirlər. BrendSport.az xəbər verir ki, daha 6 idmançı bu məqsədlə Çinə yola düşüb. Milli üzvlərindən Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Ləman Abdulhəmidova, Aylin Əsgərova, Rüstəm Hacılı və Adil Əhmədzadə mayın 27-dək baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Çinin Hebey əyalətinin paytaxtı Şijiazuanq şəhərində yerli idmançılarla birgə məşq proseslərində iştirak edəcək. İdmançılar beynəlxalq təlim-məşq toplanışının ardınca Qazaxıstanda keçiriləcək “Avrasiya Liqasına” qatılacaqlar. Qızlar mayın 28-dən 31-dək Astana, oğlanlar isə Taraz şəhərində təşkil olunacaq yarışda mübarizə aparacaqlar. Geri qayıt |