Əsas Səhifə > Milli komandalar > Astanada türkdilli ölkələrin şahmat çempionatına start verilib

Astanada türkdilli ölkələrin şahmat çempionatına start verilib


Bu gün, 19:57


Qazaxıstanın Astana şəhərində türkdilli ölkələr arasında şahmat üzrə açıq çempionat təşkil olunub.

BrendSport.az
xəbər verir ki, mayın 14-də start götürən yarışda Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan şahmatçıları iştirak edir. Ölkəmiz çempionatda həm kişilər, həm də qadınların yarışında mübarizə aparır.

Turnir çərçivəsində eyni zamanda 16 yaşlılar arasında çempionat keçirilir.

Hər kateqoriyada yeddi komanda yarışır, Qazaxıstan ev sahibi ölkə kimi iki komanda ilə çıxış edir.

AZƏRTAC
Geri qayıt