Əsas Səhifə > Milli komandalar > Azərbaycanın paraüzgüçüsü Dünya Seriyasında gümüş medal qazanıb
Azərbaycanın paraüzgüçüsü Dünya Seriyasında gümüş medal qazanıb10-05-2026, 20:21 |
![]() Almaniyanın paytaxtı Berlində keçirilən paraüzgüçülük üzrə Dünya Seriyasına yekun vurulub. BrendSport.az xəbər verir ki, Azərbaycanın yeniyetmə paralimpiyaçısı Əli Vəliyev S10 kateqoriyasında 400 metr məsafəyə sərbəst üzmə üsulunda 4:37.18 nəticə ilə gənclər arasında gümüş medal qazanıb. Qeyd edək ki, Ə.Vəliyev daha əvvəl 100 metr məsafəyə “butterfly” (kəpənək) üzmə üsulunda Dünya Seriyasının bürünc medalına layiq görülüb. Geri qayıt |