Əsas Səhifə > Milli komandalar > Azərbaycanı Avropa çempionatında 9 taekvondçu təmsil edəcək
Azərbaycanı Avropa çempionatında 9 taekvondçu təmsil edəcəkBu gün, 19:12 |
![]() Taekvondo üzrə Azərbaycan millisinin Almaniyada keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb. BrendSport.az xəbər verir ki, Münxendə təşkil olunacaq turnirdə ölkəmizi 9 idmançı təmsil edəcək. Kişilərin mübarizəsində Səyyad Dadaşov (54 kiloqram), Qaşım Maqomedov (58 kiloqram), Fuad Məhərləmli (63 kiloqram), Riyad Şirəliyev (68 kiloqram), Cavad Ağayev (74 kiloqram) və Elcan Əliyev (80 kiloqram), qadınlar arasında isə Minayə Əkbərova (46 kiloqram), Səmərrux Osmanova (49 kiloqram) və Məryəm Məmmədova (53 kiloqram) dayanq üzərinə çıxacaqlar. Qeyd edək ki, turnir mayın 11-dən 14-dək təşkil olunacaq. AZƏRTAC Geri qayıt |