Əsas Səhifə > Milli komandalar > Azərbaycan deflimpiyaçıları dünya çempionatında 7 medal qazanıblar

Azərbaycan deflimpiyaçıları dünya çempionatında 7 medal qazanıblar


Bu gün, 11:29


Türkiyənin İstanbul şəhərində WSF versiyasında təşkil edilən karate üzrə şotokan dünya çempionatına yekun vurulub.

BrendSport.az
xəbər verir ki, 19 ölkədən 1300 idmançının iştirak etdiyi mötəbər yarışda Azərbaycan 10 deflimpiyaçı ilə təmsil olunub. Komanda turnirdə tarixi nəticə əldə edərək ümumilikdə 3 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb.

Karateçilərimiz Hikmət Ağayev (+18 yaş, 75 kiloqram, kumite), Sahib Sahibli (+18 yaş, +75 kiloqram, kumite), Yusif Əzimzadə (14–17 yaş, 60 kiloqram, kumite) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Aytən Qədirova (kata) və Nizaməddin Əzimzadə (14–17 yaş, 60 kiloqram, kumite) yarışı gümüş medallarla başa vurublar.

Əliəkbər Əlizadə (+18 yaş, 75 kiloqram, kumite) və Elnur Qasımzadə (+18 yaş, +75 kiloqram, kumite) bürünc mükafata sahib çıxıblar.




Geri qayıt