Əsas Səhifə > Milli komandalar > Dünya kuboku: Azərbaycanın 3 boksçusu finalda
Dünya kuboku: Azərbaycanın 3 boksçusu finaldaBu gün, 13:01 |
![]() Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən boks üzrə Dünya kubokunda yarımfinal mərhələsinin döyüşləri başa çatıb. BrendSport.az xəbər verir ki, Azərbaycan millisinin 3 idmançısı bu mərhələdə qələbə qazanaraq finala yüksəlib, daha bir boksçu isə bürünc medala sahib olub. 50 kq çəki dərəcəsində Sübhan Mamedov Anvarjan Xodjiyevi (Qırğızıstan) 4:1 hesabı ilə məğlub edərək finala yüksəlib. O, həlledici görüşdə İssam Bensayarla (Mərakeş) qarşılaşacaq. 75 kq-da Səidcəmşid Cəfərov Qabriel Quidi Rontaniyə (İtaliya) 5:0 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. O, qızıl medal uğrunda Tauan Silva (Braziliya) ilə üz-üzə gələcək. +90 kq-da Məhəmməd Abdullayev də yarımfinalda Omar Şinaya (Norveç) 5:0 hesabı ilə qalib gələrək finala yüksəlib. Onun finaldakı rəqibi Davit Çaloyan (Ermənistan) olacaq. 70 kq-da Nəbi İsgəndərov isə yarımfinalda Kaian Reisiyə (Braziliya) uduzub. Rəqibi finala yüksəldiyi üçün boksçumuz turniri bürünc medalla başa vurub. Qeyd edək ki, Dünya kubokuna bu gün, aprelin 26-da yekun vurulacaq. ![]() ![]()
Geri qayıt |