Əsas Səhifə > Milli komandalar > Qvardiola İtaliya millisinin baş məşqçisi ola bilər
Qvardiola İtaliya millisinin baş məşqçisi ola bilərBu gün, 16:12 |
![]() İspaniyalı mütəxəssis Pep Qvardiolanın İtaliya millisinin baş məşqçisi postuna təyin oluna biləcəyi bildirilir. BrendSport.az xəbər verir ki, məşqçi İtaliya Futbol Federasiyasının yeni prezidentindən rəsmi təklif gələrsə, onu dinləməyə hazırdır. Qeyd olunur ki, Qvardiola üçün maliyyə məsələsi prioritet deyil. Onun İtaliyaya olan sevgisi bu qərarda mühüm rol oynaya bilər. Xatırladaq ki, aprelin əvvəlində Cennaro Qattuzo İtaliya millisinin baş məşqçisi vəzifəsindən ayrılıb. Buna səbəb komandanın ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməməsi olub. Geri qayıt |