Əsas Səhifə > Milli komandalar > Avropa çempionatı: Azərbaycanın 3 qadın güləşçisi üçün bürünc medal şansı

Avropa çempionatı: Azərbaycanın 3 qadın güləşçisi üçün bürünc medal şansı


Dünən, 20:54


Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

BrendSport.az
xəbər verir ki, dördüncü yarış günündə qadın güləşi üzrə millinin son 3 üzvü mübarizəyə qoşulub.

Jalə Əliyeva (57 kiloqram) almaniyalı Amori Andrixə və finlandiyalı Yenna Hemiaeyə “tuş”la qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında türkiyəli Elvira Kamaloğluna 2:6 hesabı ilə məğlub olan Əliyeva sabah bürünc medal uğrunda Tamara Dollak (Macarıstan) – Arina Demçanka (Belarus) qarşılaşmasının qalibi ilə güləşəcək.

Ruzanna Məmmədova (62 kiloqram) ukraynalı İlona Prokopevniuka tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Amina Tandelovaya məğlub olub – 0:5. Ruzanna sabah bürünc medal görüşündə almaniyalı Naemi Laystnerlə üz-üzə gələcək.

Birgül Soltanova (65 kiloqram) rumıniyalı dördqat Avropa mükafatçısı Krista İntseyə 3:1 hesabı ilə qalib gələrək adını yarımfinala yazdırıb. Həmyerlimiz finala yüksəlməyə də çox yaxın olub. Rusiyalı dünya ikincisi Alina Kasabiyeva ilə görüşdə 8:0 hesablı üstünlük əldə edən Soltanova tədricən təşəbbüsü əldən verib və minimal fərqlə (10:11) məğlub olub. Birgül sabah bürünc medal uğrunda türkiyəli Beyza Akkuşla güləşəcək.
Geri qayıt