Əsas Səhifə > Milli komandalar > Azərbaycan Almaniyada keçiriləcək Avropa Kubokuna 39 cüdoçu ilə qatılacaq
Azərbaycan Almaniyada keçiriləcək Avropa Kubokuna 39 cüdoçu ilə qatılacaqBu gün, 17:20 |
![]() Azərbaycanı Almaniyanın paytaxtı Berlində yeniyetmələr arasında keçiriləcək Avropa Kubokunda təmsil edəcək cüdoçular müəyyənləşib. BrendSport.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, Avropa Cüdo Birliyinin (EJF) təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 16 çəki dərəcəsində 39 cüdoçu (20 oğlan, 19 qız) ilə təmsil olunacaq. Yeniyetmə oğlanlardan ibarət yığmaya baş məşqçi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, qızlardan ibarət komandaya isə baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək. Yarışın ədalət təmsilçiləri arasında ACF-nin hakimlər heyətinin üzvləri, B kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Mehman İmamquliyev və Pərviz Hüseynov da yer alacaq. Oğlanlar 50 kq Nihad Ağayev 55 kq Rza Xəlilli Fərid Xudiyev İbrahim Talıbov 60 kq Mehman Əsgərov Mikayıl Qocayev 66 kq Sənan Piriyev İlkin Qarayev Elgün Səfərov 73 kq Sadiq Məmmədov Kənan Rəhimov Yusuf Nəzər 81 kq Yaqub Məmmədov Polad Həsənli Amin Mehdiyev Ayxan Həsənli 90 kq Ömər Axundov Nurəddin Əliyev +90 kq Tamerlan Əliyev Ruslan Kazımov Qızlar 40 kq Sunay Salamova Zəhra Quliyeva 44 kq Nigar Heydərzadə Pərvin Sevxanlı Fatimə Abdullayeva 48 kq Səkinə Zeynalova Könül Eyvazlı 52 kq Tövsiyyə Babayeva Nərmin Ağamirzəzadə 57 kq Gülnaz Məmmədtağıyeva Səma Vəlizadə Yağmur Əhmədzadə Səmayə Yusifli 63 kq Nəzakət Vəliyeva Türkan Məmmədli Zilan Hüseynli 70 kq Rəna Əhmədova Məsumə Məmmədli +70 kq Zemfira Əliyeva Qeyd edək ki, aprelin 25-26-da təşkil olunacaq turnirdə ümumilikdə 36 ölkədən 774 idmançı (472 oğlan, 302 qız) mübarizə aparacaq. Geri qayıt |