Əsas Səhifə > Milli komandalar > Azərbaycanın daha 2 boksçusu Dünya Kubokunda mərhələ adlayıb
Azərbaycanın daha 2 boksçusu Dünya Kubokunda mərhələ adlayıb22-04-2026, 12:27 |
![]() Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə Dünya Kuboku davam edir. BrendSport.az xəbər verir ki, reytinq xarakterli yarışın ikinci günündə rinqə çıxan Azərbaycan millisinin hər iki idmançısı qələbə qazanıb. 55 kiloqramda Zidan Hünbətov 1/16 finalda Aqustin Susloaqanı (Uruqvay) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). O, növbəti görüşünü Rafael Lozano Serranoya (İspaniya) qarşı keçirəcək. Döyüş aprelin 23-də olacaq. Məhəmməd Abdullayev (+90 kiloqram) də Dünya Kubokuna qələbə ilə başlayıb. Boksçumuz 1/8 finalda Yakub Domuradı (Polşa) 5:0 (30:27, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Abdullayev ikinci görüşündə Luka Pratljaçiçlə (Xorvatiya) üz-üzə gələcək. Döyüş aprelin 24-də baş tutacaq. Qeyd edək ki, Dünya Kubokuna aprelin 26-da yekun vurulacaq.
Geri qayıt |