Əsas Səhifə > Milli komandalar > Azərbaycan güləşçiləri Antalyadakı “Çempionlar” turnirində 13 medal qazanıblar
Azərbaycan güləşçiləri Antalyadakı “Çempionlar” turnirində 13 medal qazanıblarBu gün, 13:11 |
![]() Türkiyənin Antalya şəhərində keçirilən “Çempionlar” turniri başa çatıb. BrendSport.az xəbər verir ki, turnirin son günündə Azərbaycanın 4 güləşçisi fəxri kürsüyə qalxıb. Sərbəst güləşdə Bəşir Verdiyevlə (65 kiloqram) Yusif Dursunov (125 kiloqram) gümüş, Muxamad Qantemirov (125 kiloqram) bürünc medal qazanıb. Yunan-Roma güləşində isə Tural Əhmədov (63 kiloqram) bütün rəqiblərinə qalib gələrək çempion olub. Sərbəst güləş üzrə millimiz turniri 119 xalla komanda hesabında 3-cü pillədə başa vurub. Beləliklə, “Çempionlar” turnirində güləşçilərimiz ümumilikdə 13 (3 qızıl, 4 gümüş, 6 bürünc) medal əldə edib. Geri qayıt |