Əsas Səhifə > Milli komandalar > Avropa çempionatı: Azərbaycan cüdoçusu bürünc medal görüşünə çıxacaq

Avropa çempionatı: Azərbaycan cüdoçusu bürünc medal görüşünə çıxacaq


Bu gün, 15:55


Azərbaycan cüdoçusu Zelim Tçkayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında bürünc medal görüşünə çıxacaq.

BrendSport.az
xəbər verir ki, 81 kiloqram çəkidə çıxış edən idmançı yarımfinalda gürcüstanlı Tato Qriqalaşviliyə uduzaraq üçüncü yer uğrunda görüşə vəsiqə qazanıb.

Bu gün mübarizəyə qoşulan Südabə Ağayeva (70 kiloqram) və Ömər Rəcəbli (81 kiloqram) 1/8, Murad Fətiyev (90 kiloqram) isə 1/16 finalda uduzaraq turnirlə vidalaşıblar.

Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur. Daha əvvəl Hidayət Heydərov (73 kiloqram) gümüş, Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar.

AZƏRTAC
Geri qayıt