Əsas Səhifə > Milli komandalar > Avropa çempionatı: Nicat Abasov liderliyə yüksəlib
Avropa çempionatı: Nicat Abasov liderliyə yüksəlibBu gün, 12:28 |
![]() Polşanın Katovitse şəhərində təşkil edilən şahmat üzrə şəxsi Avropa çempionatında 9-cu tur sona çatıb. BrendSport.az xəbər verir ki, hesabat turunda İsrail təmsilçisi Benni Ayzenberqi məğlub edən azərbaycanlı şahmatçı Nicat Abasov liderliyə yüksəlib. Digər şahmatçımız Aydın Süleymanlı ispan David Giharro ilə heç-heçə edib. Hazırda 7 xal toplayan Aydın Süleymanlı 5-ci pillədə qərarlaşıb. Hərəyə 7,5 xal toplayan Nicat Abasov və ispaniyalı David Giharro 9 turdan sonra 1-2-ci yerləri bölüşür. 7 xal toplayan digər azərbaycanlı şahmatçı Məhəmməd Muradlı 12-ci pillədədir. Bu gün oynanılacaq 10-cu tur liderlərin dueli ilə diqqəti cəlb edir. Eyni xala malik Nicat Abasovla David Giharronun mübarizəsi vahid lideri müəyyənləşdirə bilər. Liderlərdən uzaqlaşan Riad Səmədov, Xaqan Əhməd və Xəzər Babazadə hərəyə 6 xal toplayıb. Qeyd edək ki, Avropa çempionatında ilk iyirmilikdə qərarlaşacaq şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaqlar. ![]()
Geri qayıt |