Əsas Səhifə > Milli komandalar > Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatının yarımfinalında

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatının yarımfinalında


Bu gün, 13:38


Azərbaycanın qadın cüdoçusu Şəfəq Həmidova Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında yarımfinala yüksəlib.

BrendSport.az
xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda İsveç təmsilçisi Tara Babulfat ilə qarşılaşıb. Rəqibini ipponla üstələyən cüdoçu növbəti raunda adlayıb.

Daha əvvəl Balabəy Ağayev (60 kiloqram) yarımfinala vəsiqə qazanıb. 1/4 finalda uduzan Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) isə təsəlliverici görüşdə mübarizə aparacaqlar.

Könül Əliyeva (48 kiloqram), Gültac Məmmədəliyeva və Leyla Əliyeva (hər ikisi 52 kiloqram) isə turnirlə vidalaşıblar.

Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur.
Geri qayıt