Əsas Səhifə > Milli komandalar > Azərbaycan güləşçiləri Antalyada “Zəfər Kuboku”nda daha altı medal qazanıblar

Azərbaycan güləşçiləri Antalyada “Zəfər Kuboku”nda daha altı medal qazanıblar


Bu gün, 16:12


Azərbaycanın daha altı təmsilçisi Türkiyənin Antalya şəhərində keçirilən güləş üzrə “Zəfər Kuboku”nda medal qazanıb.

BrendSport.az
xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

U-17 yaş qrupunda sərbəst güləşdə Hüseyn Rzazadə (48 kq) gümüş, Abbas Şəfiyev (55 kq) və Elgün Kərimli (92 kq) bürünc medal qazanıb.

Yunan-Roma güləşində isə Ömər Salmanovla (48 kq) Qurban Məcnunov (55 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medalın sahibi olublar. Yusif Mirzəyev (48 kq) gümüş medal əldə edib.

Qeyd edək ki, Azərbaycan təmsilçiləri daha əvvəl dörd mükafat qazanıblar.
Geri qayıt