Əsas Səhifə > Milli komandalar > Stolüstü tennisçilərimiz Çində beynəlxalq toplanışda olacaq

Stolüstü tennisçilərimiz Çində beynəlxalq toplanışda olacaq


Bu gün, 13:33


Azərbaycanın stolüstü tennisçiləri Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.

BrendSport.az
xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası məlumat yayıb.

Bildirilib ki, milli komandanın üzvləri Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova və Aylin Əsgərova bu gün Çinə yola düşüblər.

Onlar baş məşqçi Mixail Timofeyevin rəhbərliyi altında aprelin 14-dən 27-dək Çinin Hebey əyalətinin paytaxtı Şijiazuanq şəhərində yerli idmançılarla birgə məşq proseslərində iştirak edəcəklər.

Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
Geri qayıt