Əsas Səhifə > Milli komandalar > Azərbaycan şahmatçısı qitə birinciliyində növbəti qələbəsini qazanıb

Azərbaycan şahmatçısı qitə birinciliyində növbəti qələbəsini qazanıb


Bu gün, 12:22


Azərbaycanlı qrosmeyster Aydın Süleymanlı Polşanın Katovitse şəhərində keçirilən Avropa çempionatında növbəti qələbəsini əldə edərək turnirin liderini təqib edənlər sırasına yüksəlib.

BrendSport.az
xəbər verir ki, altıncı tur çərçivəsində Süleymanlı slovakiyalı Samir Sahidini məğlub edib.

Bu nəticədən sonra azərbaycanlı şahmatçının aktivində beş xal var. O, 2-17-ci yerləri bölüşür və əlavə göstəricilərə görə beşinci pillədə qərarlaşıb. Aydının növbəti rəqibi belçikalı Daniyel Daroha olacaq.

Turnir cədvəlinə 5,5 xalla islandiyalı qrosmeyster Vamar Viqnir başçılıq edir.

Azərbaycanlı şahmatçılar arasında Riad Səmədov, Nicat Abasov və Məhəmməd Muradlı hərəyə 4,5 xal toplayaraq müvafiq olaraq 23, 27 və 42-ci yerlərdə qərarlaşıblar. R.Səmədov və N.Abasov bu turda heç-heçə ediblərsə, M.Muradlı qələbə qazanıb. Bu, onun turnirdə dördüncü qələbəsi olub. Bununla yanaşı, Məhəmmədin hesabında bir məğlubiyyət də var.

Qeyd edək ki, Avropa çempionatı 11 turdan ibarətdir və ilk 20 şahmatçı 2027-ci il Dünya Kubokuna vəsiqə qazanacaq.
Geri qayıt