Əsas Səhifə > Milli komandalar > Azərbaycan güləşçiləri Antalyada “Zəfər Kuboku”nun ilk günündə dörd medal qazanıblar
Azərbaycan güləşçiləri Antalyada “Zəfər Kuboku”nun ilk günündə dörd medal qazanıblarBu gün, 17:48 |
![]() Azərbaycan güləşçiləri Türkiyənin Antalya şəhərində keçirilən “Zəfər Kuboku”nun ilk günündə dörd medal qazanıblar. BrendSport.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. U-17 yaş kateqoriyasında sərbəst güləşdə İbrahim Həsənov (51 kq) bütün rəqiblərini üstəliyərək qızıl medalın sahibi olub. Yunan-Roma güləşçilərimiz isə ilk yarış günündə 1 dəst medal qazanıblar. 51 kq-da Hüseyn Mustafazadə ikinci, İlkin Qurbanov üçüncü yeri tutub. Rəqiblərinə şans tanımayan Əli Məmmədov (71 kq) isə çempion olub. Geri qayıt |