Əsas Səhifə > Milli komandalar > Azərbaycanın akrobatika gimnastları Dünya Kubokunda qızıl medal qazandılar

Azərbaycanın akrobatika gimnastları Dünya Kubokunda qızıl medal qazandılar


Bu gün, 16:30


Belçikanın Puurs şəhərində keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunda Azərbaycanı təmsil edən qadın qrupu uğurlu nəticəyə imza atıb.

BrendSport.az
xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Anahita Bəşiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət komanda 29.350 xal toplayaraq qızıl medal qazanıb.
Geri qayıt