Əsas Səhifə > Milli komandalar > Azərbaycan cüdoçuları Avropa çempionatına hazırlığı davam etdirirlər

Azərbaycan cüdoçuları Avropa çempionatına hazırlığı davam etdirirlər


Bu gün, 17:21


Azərbaycan cüdo yığması Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa çempionatına hazırlıqlarını Bakıda davam etdirir.

BrendSport.az
xəbər verir ki, bu gün Azərbaycan Cüdo Federasiyasının təlim-məşq bazasında media üçün açıq məşq təşkil olunub.

Hazırlıq prosesində ümumilikdə 15 idmançı - 9 kişi və 6 qadın cüdoçu iştirak edir.

Təlim-məşq toplanışına Azərbaycanla yanaşı, Mərakeş, Bəhreyn və İsraildən olan idmançılar da qoşulublar.

Avropa çempionatında komandamıza kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Slavko Tekiç və Robert Kravçik, eləcə də qadın yığmasının baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Yarışda həmçinin Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, beynəlxalq dərəcəli “A” kateqoriyalı hakim Nazim Umbayev də ədalət təmsilçiləri sırasında yer alacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 16-19-da keçiriləcək. Turnirdə 46 ölkədən 409 cüdoçu (232 kişi və 177 qadın) 14 medal dəsti uğrunda mübarizə aparacaq.
Geri qayıt