Əsas Səhifə > Milli komandalar > Milli komandamızın üzvü Palina Kaspiaroviç bürünc medal qazanıb

Milli komandamızın üzvü Palina Kaspiaroviç bürünc medal qazanıb


Bu gün, 19:04


Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamızın üzvü Palina Kaspiaroviç Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Kubokunun mərhələ yarışında bürünc medal qazanıb!

BrendSport.az
xəbər verir ki, qrup mərhələsini 5 qələbə ilə başa vuran Palina qadın sablyaçıların şəxsi yarışında yarımfinala kimi irəliləməklə bürünc medalı təmin edib.
Kaspiaroviç pley-offda Özbəkistan təmsilçisi Samira Şokirova (15:6), Venesuela sablyaçısı Katerina Paredes Torres (15:11), ukraynalı Alina Komaşçuk (15:14) və ispan Araceli Navarronu (15:13) məğlub edərək ən güclü səkiizliyə yüksəlib. Sablyaçımız yarımfinala yüksəlmək uğurunda keçirilən qarşılaşmada neytral bayraq altında çıxış edən Anastasiya Şorokovanı 15:10 hesabı ilə üstələyərək mübarizəni yarımfinalda davam etdirib. Palina Kaspiaroviç final uğrunda görüşdə Bolqarıstan qılıncoynadanı Yoana İliyevaya 6:15 hesabı ilə uduzub.

Uzunmüddətli zədədən sonra ilk dəfə beynəlxalq turnirdə yarışan Anna Başta əsas mərhələdə mübarizəni dayandırıb.
Səbinə Kərimova və Zərifə Hüseynova isə keçid pley-off mərhələsində çıxışını başa vurub.

Qadın sablyaçılarımız sabah komanda yarışında ən güclü səkkizliyə yüksəlmək uğrunda keçiriləcək qarşılaşmada ABŞ yığması ilə qarşılaşacaq.


Geri qayıt