Əsas Səhifə > Milli komandalar > DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb
DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıbDünən, 23:13 |
![]() Futbol üzrə dünya çempionatına vəsiqə uğrunda Avropa zonasında pley-off oyunlarına start verilib. BrendSport.az xəbər verir ki, gecənin ilk matçı İstanbulda Türkiyə və Rumıniya yığmaları arasında keçirilib. Qarşılaşma "ay-ulduzlular"ın minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 54-cü dəqiqədə Fərdi Kadıoğlu vurub. Türkiyə millisi finalda Slovakiya-Kosovo duelinin güclüsü ilə üz-üzə gələcək. Gecənin digər matçları Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Qeyd edək ki, Avropa zonası üzrə pley-off oyunlarından sonra ümumilikdə 4 milli komanda DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edəcək. Həlledici oyunlar martın 31-də təşkil olunacaq. Geri qayıt |