Əsas Səhifə > Milli komandalar > Azərbaycanın güləş yığmaları nüfuzlu yarışlara hazırlaşırlar
Azərbaycanın güləş yığmaları nüfuzlu yarışlara hazırlaşırlarBu gün, 13:06 |
![]() Güləş üzrə Azərbaycan milli komandaları qarşıdan gələn mühüm yarışlara hazırlıqları davam etdirir. BrendSport.az xəbər verir ki, qadınlardan ibarət yığma Göygöldə təlim-məşq toplanışı keçir. Martın 22-də start götürən hazırlıq prosesi aprelin 4-dək davam edəcək. Göygöl Olimpiya İdman Kompleksində təşkil edilən toplanışda baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında 12 güləşçi iştirak edir. Sərbəst güləş üzrə U-20 millisi də eyni məkanda toplanışı davam etdirir. Martın 15-də başlayan məşqlər 14 gün davam edəcək. Toplanışda böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında 20 güləşçi yer alıb. Yunan-Roma güləşi üzrə U-17 yığması martın 15-dən Qazaxıstanın Almatı şəhərində Özbəkistan, Türkmənistan və Tacikistan komandaları ilə birgə toplanış keçir. Ayın 26-dək davam edəcək hazırlıq prosesinə böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov və Zöhrab Abbasovun rəhbərliyi altında 22 güləşçi qatılıb. Bu yaş qrupu üzrə sərbəst güləş komanda isə Xaçmaza yollanacaq. Martın 27-dən aprelin 9-dək böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında 30 idmançı Xaçmaz Olimpiya İdman Kompleksində qarşıdakı yarışlara hazırlaşacaq. Geri qayıt |