Əsas Səhifə > Milli komandalar > Gürcüstan və Rumıniyanın boks yığmaları Bakıda hazırlıq keçəcək
Gürcüstan və Rumıniyanın boks yığmaları Bakıda hazırlıq keçəcəkBu gün, 15:39 |
![]() Martın 20-də Bakıda kişi boksçular arasında beynəlxalq təlim-məşq toplanışına start veriləcək. BrendSport.az xəbər verir ki, toplanışda Azərbaycan millisi ilə yanaşı, Gürcüstan və Rumıniya yığmaları da hazırlıq keçəcək. Bakı Boks Mərkəzində təşkil olunacaq toplanışa 60-dək idmançı qatılacaq. Komandalar gündə 2 dəfə məşq keçəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək. Gürcülər tam heyətlə məşqlərə 1 gün sonra qoşulacaqlar. Məşqlər Bakıda təşkil olunacaq “Böyük İpək Yolu” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır. Qeyd edək ki, “Böyük İpək Yolu” yarışı aprelin 2-7-də keçiriləcək. Geri qayıt |