Əsas Səhifə > Milli komandalar > Qadınlardan ibarət 3x3 millimiz FİBA Çempionlar Kubokunun finalında
Qadınlardan ibarət 3x3 millimiz FİBA Çempionlar Kubokunun finalındaBu gün, 11:40 |
![]() BrendSport.az xəbər verir ki, bu gün qadınlar arasında keçirilən 3x3 basketbol üzrə FİBA Çempionlar Kubokunda yarımfinal oyunları keçirilib. Millimiz yarımfinal oyununda basketbolun yaradıcıları sayılan ABŞ yığması üzərində 22:20 hesablı qələbə qazanaraq, finala yüksəlib. Finalda rəqibimiz Niderland seçməsi olacaq. Oyun Bakı vaxtı ilə saat 14:05-də baş tutacaq. Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə verən Olimpiya Təsnifat turnirində iştirak hüququ qazanacaq. Geri qayıt |