Əsas Səhifə > Milli komandalar > Azərbaycanı Dünya Kubokunda 4 güllə atıcısı təmsil edəcək

Azərbaycanı Dünya Kubokunda 4 güllə atıcısı təmsil edəcək


Dünən, 18:28


İspaniyanın Qranada şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcək Azərbaycanın güllə atıcıları bəlli olub.

BrendSport.az
xəbər verir ki, turnirdə ölkəmizi 4 idmançı təmsil edəcək.

Yığmanın heyətində Xanna Əliyeva, Vladislav Kalmıkov, Ruslan Lunyov və Nigar Nəsirova yer alıblar. Onlar fərdi çıxışla yanaşı, qarışıq komanda yarışında da qüvvələrini sınayacaqlar.

50-dən çox ölkədən idmançıların mübarizə aparacağı Dünya Kuboku aprelin 5-dən 13-dək təşkil olunacaq.
Geri qayıt