Əsas Səhifə > Milli komandalar > Azərbaycanın U-17 millisi seçmə mərhələyə məğlubiyyətlə başlayıb

Azərbaycanın U-17 millisi seçmə mərhələyə məğlubiyyətlə başlayıb


Bu gün, 17:00


17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

BrendSport.az
xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan yığma Belçikanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Sloveniyanın Krşko şəhərində yerləşən “Matiya Qubets” stadionunda keçirilən görüş rəqibin 11:0 hesablı qələbəsi ilə başa çatıb.

Komanda növbəti oyununu martın 15-də Sloveniyaya qarşı keçirəcək.
Geri qayıt