Əsas Səhifə > Milli komandalar > Millimiz Makedoniyaya uduzdu

Millimiz Makedoniyaya uduzdu


27-05-2018, 22:10


Bu gün 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti matçını keçirib. Rəşad Sadıqovun baş məşqçisi olduğu yığmamız Makedoniya ilə görüşüb.

Bu, komandalar arasında ikinci qarşılaşma olub. Üç gün öncə qollu bərabərliklə (1:1) ayrılan rəqiblərin bu dərəki duelinin taleyini bir top həll edib.

Anton Krivotsyukun avtoqolu balkanlılara qələbə qazandırıb. Millimiz məğlubiyyətdən qaçmaq imkanı qazansa da, Fərid Nəbiyev penaltidən yararlana bilməyib.

Bu, yığmamızın Bakıda keçirdiyi son üç matçda 2-ci məğlubiyyətidi. Komandamız Makedoniya ilə matçlardan öncə Gürcüstana da uduzmuşdu – 1:2.

Yoldaşlıq oyunu

27 may

Azərbaycan (U-20) – Makedoniya (U-20) - 0:1

Geri qayıt