Əsas Səhifə > Milli komandalar > Cüdoçularımız "Böyük Dəbilqə" turnirini 7 medalla başa vurublar
Cüdoçularımız "Böyük Dəbilqə" turnirini 7 medalla başa vurublarDünən, 19:42 |
![]() Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan "Böyük Dəbilqə" turnirini 7 medalla başa vurublar. BrendSport.az xəbər verir ki, medallardan 4-ü qızıl, 1-i gümüş, 2-si isə bürünc olub. Fəxri kürsünün ən yüksək pilləsinə Əhməd Yusifov (60 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) qalxıblar. Balabəy Ağayev (60 kq) gümüş medal qazanıb. Zelim Kotsoyev (100 kq) və Camal Qamzatxanov (+100 kq) isə yalnız bürünc medalla kifayətləniblər. Geri qayıt |