Əsas Səhifə > Milli komandalar > Reytinq turnirində daha 2 medal
Reytinq turnirində daha 2 medalDünən, 18:00 |
![]() Albaniyanın paytaxtı Tiranada güləş üzrə “Muhamet Malo” turniri davam edir. BrendSport.az xəbər verir ki, reytinq turnirinin 4-cü yarış günündə 4 güləşçimiz mübarizə aparıb və onlardan 2-si fəxri kürsüyə qalxıb. 63 kq Murad Məmmədov (63 kq) 1/8 finalda iranlı Ali Nurayiyə 3:8 hesabı ilə məğlub olub. Ziya Babaşov albaniyalı Mikel Tropliniyə (8:0), iranlı Ali Nurayiyə (4:1) və qazaxıstanlı Yernur Fidaxmetova (7:3), Sakit Quliyev isə amerikalı İldar Hafizova (9:0), qazaxıstanlı Bakitjan Kabdilə (7:1) və norveçli Morten Toresenə (11:0) qalib gələrək finala yüksəlib. Həmyerlilərimiz həlledici görüşdə üz-üzə gəlib. Sakitə ilk xal prinsipinə əsasən (1:1) qalib gələn Ziya reytinq turnirinin qalibi olub. 67 kq Məhəmməd Şükürzadə belaruslu Qleb Makarankaya ilk xal prinsipinə əsasən (1:1) qalib gəlsə də, 1/4 finalda qazaxıstanlı Meirjan Şermaxanbetə 0:4 hesabı ilə məğlub olub. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan həmyerlimiz ekvadorlu Andres Arroyonu tam üstünlüklə (12:3) yolundan kənarlaşdırıb. Məhəmməd bürünc medal uğrunda gürcüstanlı Coni Xetsuriani ilə güləşib və 1:2 hesabı ilə məğlub olub. Qeyd edək ki, bununla da reytinq turnirində Azərbaycan idmançılarının medallarının sayı 6-ya çatıb. Geri qayıt |