Əsas Səhifə > Milli komandalar > Azərbaycan boksçusu beynəlxalq turnirdə 1/4 finala yüksəlib
Azərbaycan boksçusu beynəlxalq turnirdə 1/4 finala yüksəlibBu gün, 11:27 |
![]() Azərbaycan boksçusu Malik Həsənov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirində 1/4 finala vəsiqə qazanıb. BrendSport.az xəbər verir ki, 55 kiloqramda çıxış edən milli üzvü bu hüquqa gürcüstanlı Laşa Qaqnidzeni məğlub etməklə yiyələnib. Həsənov 1/8 finalda rəqibinə 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Yertuqan Zeynulinovla (Qazaxıstan) qarşılaşacaq. Qeyd edək ki, daha öncə Bilalhəbaşi Nəzərov (50 kiloqram), Zidan Hünbətov (55 kiloqram) və Məhəmmədəli Aşırəliyev (60 kiloqram) 1/4 finala yüksəlib. Geri qayıt |