Əsas Səhifə > Milli komandalar > Azərbaycan güləşçiləri reytinq turnirinin ilk günündə 3 medal qazanıblar

Azərbaycan güləşçiləri reytinq turnirinin ilk günündə 3 medal qazanıblar


Dünən, 23:21


Albaniyanın paytaxtı Tiranada “Muhamet Malo” turnirinə start verilib.

BrendSport.az
xəbər verir ki, reytinq turnirinin ilk günündə sərbəst güləş üzrə millinin 5 üzvü mübarizə aparıb və onların 3-ü fəxri kürsüyə qalxıb.

İslam Bazarqanov (57 kiloqram) almaniyalı Niklas Steşele (3:2), amerikalı Liam Smit Kroni (5:0) və Puerto Riko təmsilçisi Daryan Kruza (6:1) qalib gələrək yarımfinala yüksəlib. Milli üzvü yarımfinalda rusiyalı Ramiz Qamzatova 1:3 hesabı ilə məğlub olsa da, hindistanlı Akşay Tanaci Dheredən güclü (9:2) olaraq bürünc medalı boynundan asıb.

Rəşid Babazadə (65 kiloqram) almaniyalı Niko Meqerle (12:2), bolqarıstanlı Mikyay Salim Nayim (8:7) və ekvadorlu Coşua Aleksandr Kramerə (10:0) qalib gələrək adını yarımfinala yazdırıb. Finalın bir addımlığında Azərbaycan əsilli amerikalı dünya çempionu Vitali Orucovla qarşılaşma gərgin mübarizə şəraitində keçib. Əzmkarlıq nümayiş etdirən Rəşid son saniyədə 4 xallıq fəndi icra edərək yekunda 18:15 hesablı qələbəylə finala vəsiqə qazanıb. Babazadə finalda hindistanlı Sucet Sucetlə qarşılaşıb. U23 dünya çempionatının son qalibiylə bacarmayan (0:10) Rəşid turniri gümüş medalla başa vurub.

Kənan Heybətov (74 kiloqram) 1/8 finalda qırğız Orozbek Toktomambetova (1:3), onunla eyni çəkidə çıxış edən Turan Bayramov isə eyni mərhələdə amerikalı Kuinsi Mayls Mondeyə (1:5) məğlub olub.

Arseniy Djioyev (86 kiloqram) rusiyalı dünya və 2 qat Avropa çempionu Axmed Usmanovu 3:1, gürcüstanlı dünya və Avropa mükafatçısı Vladimeri Qamkrelidzeni isə 6:4 hesabı ilə üstələyib. Təmsilçimiz finalın bir addımlığında rusiyalı İbragim Kadiyevə 2:3 hesabıyla məğlub olub. Arseniy amerikalı 2 qat olimpiya mükafatçısı və 4 qat dünya çempionu Kayl Deykə (4:1) qalib gələrək bürünc medala sahib çıxıb.



Geri qayıt