Əsas Səhifə > Milli komandalar > Azərbaycanı Avropa Kubokunda 6 cüdoçu təmsil edəcək

Azərbaycanı Avropa Kubokunda 6 cüdoçu təmsil edəcək


Bu gün, 15:33


Fevralın 28-dən martın 1-dək İspaniyanın Mostoles şəhərində gənc cüdoçular arasında Avropa Kubokunda iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub.

BrendSport.az
xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmizi 3 çəki dərəcəsində 6 cüdoçu təmsil edəcək.

Avropa Kubokunda Çinarə Sadıqova, Fəridə Mirzəyeva, Aysun Məmmədova, Nuranə Hacızadə (hamısı 52 kiloqram), Vüsalə Hacıyeva (57 kiloqram) və Nilgün Rzayeva (63 kiloqram) qüvvəsini sınayacaq.

Milli komandaya qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Qeyd edək ki, turnirdə 23 ölkədən 532 idmançı mübarizə aparacaq.
Geri qayıt