Əsas Səhifə > Milli komandalar > Azərbaycanın voleybol millisi Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcək

Azərbaycanın voleybol millisi Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcək


Bu gün, 13:35


Voleybol üzrə 18 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının II təsnifat mərhələsində çıxış edəcək.

BrendSport.az
xəbər verir ki, komanda martın 27-29-da İspaniyanın ev sahibliyi edəcəyi turnirin C qrupunda mübarizə aparacaq.

Millinin rəqibləri meydan sahibi ilə yanaşı, Estoniya və Niderland komandaları olacaq. Yarışda ölkəmiz Şahin Çatmanın rəhbərliyi ilə təmsil olunacaq.

Qeyd edək ki, Avro-2026-nın II təsnifat mərhələsində 20 komanda 5 qrupda mübarizə aparacaq. Qrup birinciləri qitə çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar.

Avropa Çempionatı

II təsnifat mərhələsi

C qrupu

27 mart

20:00. Estoniya – Niderland

22:30. İspaniya – Azərbaycan

28 mart

20:00. Niderland – Azərbaycan

22:30. Estoniya – İspaniya

29 mart

20:00. Azərbaycan – Estoniya

22:30. Niderland – İspaniya.
Geri qayıt