Əsas Səhifə > Milli komandalar > Azərbaycanın taekvondo millisi Özbəkistanda hazırlıq keçir
Azərbaycanın taekvondo millisi Özbəkistanda hazırlıq keçirBu gün, 14:03 |
![]() Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvləri Özbəkistanda təlim-məşq toplanışlarını bu ölkənin yığması ilə birgə davam etdirirlər. BrendSport.az xəbər verir ki, fevralın 16-da start verilən məşqlər fevralın 28-dək davam edəcək. Təlim-məşq prosesi milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında həyata keçirilir. ![]() ![]() ![]() Toplanışın əsas məqsədi idmançıların qarşıdakı beynəlxalq yarışlara optimal formada hazırlaşmalarının təmin edilməsidir. Birgə sparrinqlər isə döyüş təcrübəsinin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Geri qayıt |