Əsas Səhifə > Milli komandalar > Azərbaycan boksçuları ilin ilk beynəlxalq sınağına Sofiyada çıxacaqlar

Azərbaycan boksçuları ilin ilk beynəlxalq sınağına Sofiyada çıxacaqlar


Bu gün, 13:00


Fevralın 23-də Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə beynəlxalq “Strandja” turniri start götürəcək.

BrendSport.az
xəbər ki, 8 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Məşqçilər korpusu ilin ilk beynəlxalq sınağında Bilalhəbaşi Nəzərov (50 kiloqram), Nicat Hüseynov, Zəlimxan Süleymanov, Zidan Hünbətov (hər üçü 55 kiloqram), Məhəmmədəli Aşırəliyev, Məhəmmədəli Qasımzadə, Tağı Nəsibov (hər üçü 60 kiloqram), Maqsud Xasmetov, Malik Həsənov, Zaur Qəhrəmanov (hər üçü 65 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Səbuhi Əlizadəyə (+90 kiloqram) şans verəcək.

35 ölkədən 400-dək boksçunun iştirakı gözlənilən turnirdə ölkəmizi hakim kimi Qalib Əbiyev təmsil edəcək.

Qeyd edək ki, yarışın püşkü fevralın 22-də atılacaq.
Geri qayıt