Əsas Səhifə > Milli komandalar > Dünya Kubokunda iştirak edəcək Azərbaycan idman gimnastları bəlli olub

Dünya Kubokunda iştirak edəcək Azərbaycan idman gimnastları bəlli olub


Bu gün, 17:08


Almaniyanın Kotbus şəhərində keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub.

BrendSport.az
xəbər verir ki, turnirdə ölkəmizi Aydın Əlizadə, Rəsul Əhmədzadə, Nikita Simonov, Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə təmsil edəcəklər.

30-dan çox ölkədən idmançıların mübarizə aparacağı turnir fevralın 19-22-də təşkil olunacaq.
Geri qayıt