Əsas Səhifə > Milli komandalar > Azərbaycan karateçisi beynəlxalq turnirin qalibi olub

Azərbaycan karateçisi beynəlxalq turnirin qalibi olub


Bu gün, 15:26


Azərbaycan karateçisi Xədicə Qasımova Birləşmiş Ərəb Əmirliklərinin Əl-Füceyrə şəhərində keçirilən "Karate1 Gənclər Liqası" beynəlxalq turnirində uğurla çıxış edib.

BrendSport.az
xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal qazanıb.

O, U-14 yaş kateqoriyasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Geri qayıt