Əsas Səhifə > Milli komandalar > Tomas Tuxelin İngiltərə millisi ilə müqaviləsi yenilənəcək
Tomas Tuxelin İngiltərə millisi ilə müqaviləsi yenilənəcəkBu gün, 15:00 |
![]() İngiltərə Futbol Assosiasiyası milli komandanın baş məşqçisi Tomas Tuxellə yeni müqavilə imzalayacaq. BrendSport.az xəbər verir ki, sözləşmənin müddəti 2028-ci ilin yayına qədər uzadılacaq. Rəsmi açıqlamanın bu gün veriləcəyi gözlənilir. Qeyd edək ki, 2025-ci il yanvarın 1-də İngiltərə yığmasının sükanı arxasına keçən Tomas Tuxelin hazırkı müqaviləsi 2026-cı il dünya çempionatından sonra başa çatmalı idi. Almaniyalı mütəxəssis Ruben Amorimin istefaya göndərilməsindən sonra “Mançester Yunayted”in baş məşqçisi postuna əsas namizədlərdən biri hesab olunurdu. Geri qayıt |