Əsas Səhifə > Milli komandalar > Millimiz Bolqarıstana uduzdu

Millimiz Bolqarıstana uduzdu


26-05-2018, 22:18


Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasında I dövrəyə yekun vurulub.

Yarışda mübarizə aparan Azərbaycan millisi III turun qarşılaşmasını səfərdə keçirib.

Faiq Qarayevin yetirmələri Bolqarıstan yığmasının qonağı olublar. İlk 2 matçı evdə keçirən və qalib gələn komandamız bu dəfə məğlub olub.

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamız ilk seti qələbə ilə başa vursa da, sonradan toparlanan bolqarlar qələbəni bayram ediblər.

Qeyd edək ki, A qrupunun digər görüşündə Portuqaliya Ukraynanı qəbul edəcək. Bu duel mayın 27-də baş tutacaq.

Qızıl Avropa Liqası
A qrupu
III tur

26 may
Bolqarıstan - Azərbaycan 3:1 (17:25, 25:17, 25:14, 25:21)

Geri qayıt