Əsas Səhifə > Milli komandalar > Azərbaycanın U-17 millisi Gürcüstanla ilk yoxlama oyununu keçirib
Azərbaycanın U-17 millisi Gürcüstanla ilk yoxlama oyununu keçiribBu gün, 15:30 |
![]() Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununu keçirib. BrendSport.az xəbər verir ki, komanda Tbilisidə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 9-da keçiriləcək. Geri qayıt |