Əsas Səhifə > Milli komandalar > Azərbaycan karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıb
Azərbaycan karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıbBu gün, 14:24 |
![]() Azərbaycan karateçisi Qürbət Məhərrəmov şəhidlərimizin xatirəsinə həsr olunmuş ənənəvi XI “Arpaçay Open” beynəlxalq turnirində qızıl medal qazanıb. BrendSport.az xəbər verir ki, +80 kiloqram çəkidə çıxış edən idmançı karatenin Olimpiya növü olan WKF versiyası üzrə 30 yaş qrupu üzərindən fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yarışa Azərbaycan Milli Karate Federasiyasının beynəlxalq dərəcəli hakimi Vüqar Kərimovun rəhbərliyi ilə çıxan Q.Məhərrəmov Avropa və dünya çempionatının bürünc medalçısıdır. O, həmçinin ikinci Dan qara kəmər ustasıdır. Qeyd edək ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən turnirdə 12 ölkədən 1300-dən çox idmançı və 11 beynəlxalq dərəcəli hakim iştirak edib. Geri qayıt |